ArazNews
Ana Səhifə / İran / Sentkom Hüveyzədəki buğda saxlama obyektinə hücum iddiaları rədd edib
İran

Sentkom Hüveyzədəki buğda saxlama obyektinə hücum iddiaları rədd edib

Sentkom Hüveyzədəki buğda saxlama obyektinə hücum iddiaları rədd edib

ABŞ Mərkəzi Komandanlığı (Sentkom) İranın bəzi dövlət mediasında yayılan məlumatlara etiraz edərək, ABŞ qüvvələrinin Hüveyzədə hər hansı bir mülki buğda saxlama obyektini hədəf almadığını açıqlayıb.

Sentkom bəyanatında iyulun 14-də buğda saxlama mərkəzinə hücum edildiyi iddiasının «yanlış» olduğunu bildirib. ABŞ-ın bu hərbi qurumu vurğulayıb ki, həmin gün həyata keçirilən əməliyyatlar Vaşingtonun nəzərindən hərbi xarakter daşıyan hədəflərə yönəldilib.

Bəyanata görə, ABŞ qüvvələri iyulun 14-də Bəndərabbas, Xormuc, Əhvaz, Qeşm, Tənb, Buşehr və Kuh-e İstək ərazilərindəki hədəfləri vurub. Sentkom bu hücumların məqsədinin Hormuz boğazında ticarət gəmilərinə qarşı hücum həyata keçirmək imkanlarını zəiflətmək olduğunu iddia edib.