ArazNews
Ana Səhifə / İran / İran ABŞ-ın Bempurdakı ordu yataqxanasına hücum etdiyini və onlarla əsgərin həlak olub yaralandığını bildirib
İran

İran ABŞ-ın Bempurdakı ordu yataqxanasına hücum etdiyini və onlarla əsgərin həlak olub yaralandığını bildirib

İran ABŞ-ın Bempurdakı ordu yataqxanasına hücum etdiyini və onlarla əsgərin həlak olub yaralandığını bildirib

İran tərəfi ABŞ-ın Bempurdakı 388-ci briqadaya məxsus ordu yataqxanalarından birinə hücum etdiyini, həmin hücum zamanı bir sıra əsgərin həlak olub yaralandığını iddia edib.

Yerli mənbələrin məlumatlarına əsasən, azı 50 yaralı tibbi müəssisələrə, xüsusilə İranşəhrin Xatəmül-Ənbiya xəstəxanasına yerləşdirilib. Yeddi yaralının vəziyyətinin ağır olduğu bildirilir, azı iki nəfər isə aldığı yaralar nəticəsində həyatını itirib.

388-ci briqadanın daxilindən gələn məlumatlara görə, hadisə yerindəki itkilərin sayı xəstəxanaya aparılanların sayından çox olub və onlarla nəfər qərargahın içərisində həlak olub. Bu günə qədər rəsmi statistika açıqlanmayıb.