Korpus bəyanatında iddia edib ki, bazanın komandanlıq və idarəetmə mərkəzi, həmçinin "MQ-9" pilotsuz uçuş aparatlarının anqarları məhv edilib. Bəyanatda bildirilir ki, ABŞ-ın hücumları Hörmüz boğazının cənubunda bir neçə gəminin saxlanılmasından sonra həyata keçirilib. Korpus xəbərdarlıq edib ki, ABŞ-ın hücumlarının davam etməsi "daha sərt cavablarla" qarşılanacaq.
ABŞ və Ərdən səlahiyyətliləri hələ bu iddiaları təsdiqləməyib.