ABC şəbəkəsinə istinadən, Vaşinqtonun bu materialları kinayə ilə «nüvə tozu» adlandırdığını bildirən həmin məmur deyib: «Ya onlar bu materialları bizə təhvil verirlər, ya da biz bunların əbədi olaraq torpağın altında qalmasını təmin etmək üçün aşağı xərclə hərbi seçimlərimiz var.»
Həmin məmur vurğulayıb: «ABŞ əsasən güclü kozırları əlində saxlayır. Biz bu uranı istəyirik və əgər onu əldə etməsək, İranla heç bir saziş bağlamayacağıq.»