ArazNews
Ana Səhifə / İnsan Haqları / Urmiyədə yanvar 2026 etirazları zamanı həbs edilən beş nəfər məhkum edilib
İnsan Haqları

Urmiyədə yanvar 2026 etirazları zamanı həbs edilən beş nəfər məhkum edilib

Urmiyədə yanvar 2026 etirazları zamanı həbs edilən beş nəfər məhkum edilib

Urmiyədə 2026-cı ilin yanvar ayında keçirilən ümumölkə etirazları zamanı həbs edilən beş vətəndaş — Kərim Məsudi, Bəhzad Səmədzadə, Sərdar Purmirəzayi, Ğulamrəza Əbdüllahzadə və Fərşad Suri — ayrı-ayrı işlər üzrə Urmiyə İnqilab Məhkəməsinin birinci və üçüncü şöbələri tərəfindən «milli təhlükəsizliyə qarşı hərəkət» ittihamı ilə həbs cəzasına məhkum edilib.

Kərim Məsudi, Bəhzad Səmədzadə və Sərdar Purmirəzayi hər biri 2 il təziri həbs cəzasına məhkum edilib. Bu üç nəfərin cəzasının böyük hissəsi təxirə salınıb; onlara verilən hökmlərin ümumilikdə 53 ayı şərti olaraq icrasız saxlanılıb.

Ğulamrəza Əbdüllahzadə və Fərşad Suri isə hər biri 1 il həbs cəzası alıb; hökmlə razılaşdıqdan sonra onların cəza müddəti 9 aya endirilіb.