ArazNews
Ana Səhifə / Bölgə / Bağdad İranın Iraqdakı proksi təsirinə zərbə vurdu: Bağdad İrana bağlı silahlı qruplara ultimatum verdi
Bölgə

Bağdad İranın Iraqdakı proksi təsirinə zərbə vurdu: Bağdad İrana bağlı silahlı qruplara ultimatum verdi

Bağdad İranın Iraqdakı proksi təsirinə zərbə vurdu: Bağdad İrana bağlı silahlı qruplara ultimatum verdi

Yediot Ahronot-a istinadən Iraqa hökumətinin sözçüsü Heydər əl-Əbudi bildirib ki, bütün silahlı qruplar bu son tarix barədə rəsmi şəkildə məlumatlandırılıb və müəyyən edilmiş müddət başa çatdıqdan sonra dövlətin nəzarətindən kənarda olan hər hansı silah qanun əsasında təqib olunacaq.

Bu qərar ABŞ rəhbərliyindəki beynəlxalq koalisiyanın İraqdan çıxış planı ilə eyni vaxtda qəbul edilib və onun məqsədi dövlətin nəzarəti xaricindəki silahlı qrupların fəaliyyətinə son qoymaqdır. Bəzi qruplar, o cümlədən "Əsaib Əhlu-l-Həqq" və "Kataib İmam Əli" hərbi strukturlarını dövlətə inteqrasiya etməyə razılıq verib.

Bununla belə, "Kataib Hizbullah", "Kataib Seyyidüş-Şühəda" və "Hərəkətün-Nücəba" kimi qruplar bu qərarı rədd edib. Kataib Hizbullah hətta "bir güllə" belə təhvil verməyəcəyini açıqlayıb.

Analitiklər bildirir ki, bu qrupların İraq dövlətinin rəsmi strukturuna inteqrasiyası Bağdad, Vaşinqton və Tehran arasındakı güc balansını dəyişdirə bilər.