NATO-nun Baş katibi Mark Rütte bu gün sübh saatlarında ABŞ-ın İrana endirdiyi zərbələri dəstəklədiyini bildirərək onları «tamamilə zəruri» adlandırıb.
Rütte Ankarada NATO sammitinin açılışından əvvəl jurnalistlərə açıqlama verərək deyib: «Atəşkəs elan edildiyi halda İran onu faktiki olaraq pozursa, ABŞ-ın güclü şəkildə cavab verməsi tamamilə zəruri olur.»
NATO Baş katibi Hörmüz boğazındakı ticarət gəmilərinə son həmlələrə işarə edərək vurğulayıb ki, Vaşinqtonun addımı İranın atəşkəsi pozmasına cavab çərçivəsində atılıb. Bu, regionda gərginliyin yenidən artmasından sonra NATO-nun ABŞ-ın İrana qarşı yeni zərbələrini açıq şəkildə dəstəkləməsinin ilk nümunəsidir.