Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Bakıdakı Rusiya səfirini çağıraraq ona rəsmi diplomatik etiraz notası təqdim edib.
Nazirliyin açıqlamasına görə, Rusiya səfiri Mixail Yudokimovun çağırılmasının səbəbi Ukraynанın Mikolayev vilayətindəki SOCAR dövlət şirkətinin anbar və yanacaq mərkəzinə dron hücumu olub.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bildirib ki, Ukraynada SOCAR-ın təsisatlarının hücuma məruz qalması bu ilk dəfə baş vermir. Azərbaycanlı səlahiyyətlilərə görə, daha əvvəl də şirkətin Odessa şəhərindəki təsisatları hücuma məruz qalmış, bunun nəticəsində SOCAR-ın bir sıra işçiləri yaralanmışdı.
Bakı etiraz notasında vurğulayıb ki, bu hücumların təkrarlanması SOCAR-ın təsisatlarının hədəfə alınmasının qəsdən edilmiş bir addım olduğunu göstərir.