ArazNews
Ana Səhifə / Dünya / Axios: Vens indi Trampın varisi üçün ən ciddi namizəddir
Dünya

Axios: Vens indi Trampın varisi üçün ən ciddi namizəddir

Axios: Vens indi Trampın varisi üçün ən ciddi namizəddir

Axios xəbər portalı öz materialında bildirib ki, ABŞ vitse-prezidenti Cey-Di Vens İranla ilkin sazişdə oynadığı rola, mediada artan nüfuzuna və Respublikaçılar arasında populyarlığının yüksəlməsinə görə 2028-ci il prezident seçkilərində Donald Trampın yerinə ən əsas namizədə çevrilib.

Axiosun nəql etdiyinə görə, Ağ Evə yaxın mənbələr bildirir ki, Tramp Vensin fəaliyyətindən razıdır və artıq onu Marko Rubio ilə varislik məsələsində müqayisə etmir. Trampın baş məsləhətçilərindən birinin sözlərinə görə, ABŞ prezidenti indi hesab edir ki, Vens «bu mövqeyə layiq olduğunu sübut edib».

Axios həmçinin yazır ki, Vens indiyə qədər Respublikaçılar Milli Komitəsi üçün təxminən 70 milyon dollar vəsait toplayıb və sorğularda da 2028-ci il seçkiləri üçün Respublikaçı Partiyasının digər potensial namizədlərini geridə qoyub. Bununla belə, materialda vurğulanır ki, Vensin cari mövqeyinə baxmayaraq, gələcək illərdə siyasi proseslər Trampın varislik hesablamalarını dəyişdirə bilər.