ArazNews
Ana Səhifə / Bölgə / Səudiyyə Ərəbistanı Husiləri xəbərdar etdi: Görünməmiş qətiyyətlə cavab verəcəyik
Bölgə

Səudiyyə Ərəbistanı Husiləri xəbərdar etdi: Görünməmiş qətiyyətlə cavab verəcəyik

Səudiyyə Ərəbistanı Husiləri xəbərdar etdi: Görünməmiş qətiyyətlə cavab verəcəyik

Bu xəbərdarlıq, İranın müttəfiqləri olan Yəmən Husiləri Səudiyyə Ərəbistanının "Yəmən hava məkanını pozması" adlandırdıqları hallar davam edərsə, ölkənin hava limanlarını və həyati əhəmiyyətli maraqlarını hədəf alacaqları ilə hədələdikdən saatlar sonra yayımlandı.

Husilərin hərbi sözçüsü cümə günü iddia etdi ki, qrupu qüvvələri Sanaa hava limanında İrana məxsus mülki bir təyyarənin enişinə mane olmaq istəyən Səudiyyə döyüş təyyarələri ilə qarşı-qarşıya gəlib. Bundan əvvəl Husililərə bağlı Əl-Məsirə televiziyası bu təyyarənin qrupu heyətini Əli Xaməneyinin dəfn mərasiminə qatılmaq üçün Tehrana aparmaq məqsədilə endiyi barədə xəbər vermişdi.