ArazNews
Ana Səhifə / İran / Kirmənşahda silahlı şəxslərin atəşi nəticəsində bir polis əməkdaşı həlak olub
İran

Kirmənşahda silahlı şəxslərin atəşi nəticəsində bir polis əməkdaşı həlak olub

Kirmənşahda silahlı şəxslərin atəşi nəticəsində bir polis əməkdaşı həlak olub

Keçən gecə Kirmənşah şəhərində silahlı toqquşma zamanı Nizam-İntizam Qüvvələrinin bir əməkdaşı həlak olub.

Şəhərin patrul dəstəsi mühafizə xidməti zamanı şübhəli Pejo 405 markalı avtomobili saxlayaraq yoxlamaq istəyib. Avtomobilin sərnişinləri əməkdaşlar yaxınlaşan an onlara atəş açaraq hadisə yerindən qaçıblar.

Bu toqquşmada Kirmənşah polis əməkdaşı mayor Möhsən Çehri güllə yarası nəticəsində həyatını itirib. Polis atəş açan şəxsin şəxsiyyətinin müəyyən edildiyini və onun tutulması üçün axtarış əməliyyatlarının davam etdiyini açıqlayıb.