Fərheştegan qəzetinə istinadən, Vilayəti bildirib ki, Ömanın hər hansı bir şəkildə — hətta xarici təzyiqlər altında belə — digər ölkələrin ardınca getməsi iki ölkə arasındakı qarşılıqlı etimad kapitalına zərər vura bilər. O həmçinin Maskatdan Tehranın Hörmüz boğazından keçən gəmilərdən rüsum alınması qərarına dəstək verməsini tələb edib.
Bu xəbərdarlıq İran Xarici İşlər Nazirliyinin hüquqi və beynəlxalq işlər üzrə müavininin Ömana səfəri ilə eyni vaxta təsadüf edib. Həmin səfər çərçivəsində Oman səlahiyyətliləri ilə «Birgə Hörmüz Komitəsi»nin ilk iclası keçirilib.
Bu açıqlamaların tonu göstərir ki, Tehranın Hörmüz boğazına nəzarəti ələ keçirmək cəhdləri Öman da daxil olmaqla regional tərəfdaşlarının şübhəsi və məsafəli mövqeyi ilə qarşılanıb.