ABŞ-lı məmurlar bildirib ki, Stiv Vitkoff və Cared Kuşner aparılan danışıqlarda İrana çatdırmağa çalışıblar ki, keçid edən gəmilərdən rüsum alınması məsələsindəki israr Tehran ilə Vaşinqton arasındakı sazişi uğursuzluq təhlükəsi ilə üz-üzə qoya bilər.
Axios-a istinadən ABŞ-lı bir məmur bildirib ki, Vaşinqtonun Tehrana mesajı "daha böyük düşünün" olub.
Onun sözlərinə görə, əgər bir saziş çərçivəsində ABŞ-ın İrana qarşı bütün sanksiyaları ləğv edilərsə, neftin və digər təbii sərvətlərin sərbəst inkişafından və satışından əldə ediləcək gəlir, Hörmüz boğazında gəmilərdən rüsum alınmasından gözlənilən ehtimal gəlirindən "yüz dəfə" çox olacaq.