Azərbaycan Respublikası və Türkiyənin Milli Müdafiə Universitetlərinin rəhbərləri Bakıda ikitərəfli hərbi təhsil sahəsindəki əməkdaşlığın inkişafı, peşəkar kadrların hazırlanması və təcrübə mübadiləsi məsələlərini müzakirə ediblər.
Yeni Müsavata istinadən; Azərbaycan Respublikası Milli Müdafiə Universitetinin rektoru Gündüz Əbdülov general Burhan Aktaşın rəhbərlik etdiyi Türkiyə hərbi nümayəndə heyəti ilə görüşdə iki ölkə arasındakı münasibətlərin etibar və dostluq əsasında qurulduğunu bildirib, Azərbaycanda hərbi təhsil sistemində həyata keçirilən islahatlar və beynəlxalq təcrübədən istifadə barədə məlumat verib.
Burhan Aktaş isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə təbriklərini çatdıraraq bu ölkə ordusunun inkişaf yolunu digər dövlətlər üçün nümunə kimi dəyərləndirib və "Bir millət, iki dövlət" şüarı çərçivəsində iki ölkə arasında əməkdaşlığın davam etdirilməsinə vurğu edib. Tərəflər həmçinin hərbi qulluqçuların bacarıqlarının artırılması, ixtisaslı heyətin hazırlanması, təcrübə mübadiləsi və hərbi təhsil sahəsindəki qarşılıqlı ziyarətlərin genişləndirilməsi məsələlərini də müzakirə ediblər.