ABŞ vitse-prezidenti Cey-Di Vens Fox News-a açıqlamasında bildirib ki, Donald Tramp İranın üzərinə bomba atmağa hazır idi, lakin o, prezidentdən danışıqlar prosesinə bir daha fürsət verilməsini xahiş etdi.
Vens əlavə edib ki, əgər İran gözlənilən güzəştləri təqdim etməzsə, onun nüvə proqramı məhv ediləcək və hərbi potensialı sıradan çıxarılmış vəziyyətdə qalacaq. O, xəbərdarlıq edib ki, İranın gəmilərə hücumu halında Vaşinqton cavab tədbirləri görəcək.
Bundan əvvəl Wall Street Journal qəzeti ABŞ-lı rəsmilərə istinadən xəbər vermişdi ki, Tramp müdafiə naziri Pit Heqset və ABŞ ordusunun Birləşmiş Qərargah rəisi ilə İrana qarşı tam miqyaslı müharibəyə qayıdış ehtimalını müzakirə edib, lakin hazırda diplomatiya yolunu davam etdirməyə qərar verdiyi və avqustun 18-nə nüvə müqaviləsi üçün nəzərdə tutulmuş son tarixi qaçırmağı problem saymadığı bildirilir.