ArazNews
Ana Səhifə / Məqalə / İslam Respublikası Pəhləvi layihəsi ilə İsraili oyuna gətirdimi?
Məqalə

İslam Respublikası Pəhləvi layihəsi ilə İsraili oyuna gətirdimi?

İslam Respublikası Pəhləvi layihəsi ilə İsraili oyuna gətirdimi?

İran və İsrail arasındakı yeni dövrün qarşıdurmaları başa çatdıqdan sonra İranın siyasi mühitində ciddi bir sual meydana çıxıb: İslam Respublikası İsraili oyuna gətirə bildimi?

Əgər "oyuna gətirmək" dedikdə İslam Respublikasının bu müharibədən öz mövcudluğunu qorumaq üçün istifadə etməsi nəzərdə tutulursa, cavab böyük ölçüdə müsbətdir. Lakin əgər məqsəd İsrailin məğlub edilməsi və ya strateji qələbə qazanılmasıdırsa, cavab bu qədər sadə deyil.

İran hökuməti bir daha ölkənin siyasi mühitini daxili tələblərdən xarici təhdidə yönəltməyi bacardı. Belə şəraitdə daxili ixtilafların böyük hissəsi arxa plana keçdi və "milli təhlükəsizlik" məsələsi əsas mövzuya çevrildi. Bu isə İslam Respublikasının rəqiblərindən daha çox üstünlük təşkil etdiyi zəminin tam özüdür.

Davamı

Lakin əsas məğlubiyyəti İsrail deyil, İran müxalifəti yaşadı. Müxalifətin böyük bir hissəsi illərdir öz siyasi layihəsini xarici təzyiq üzərində qurub. Onlar cəmiyyətdaxili təşkilatlanma, diskurs istehsalı və İran cəmiyyəti içərisində siyasi şəbəkələrin yaradılması əvəzinə, xarici dəyişikliklərə göz dikib.

Bu siyasətin simvolunu Pəhləvi cərəyanında görmək mümkündür. Bu cərəyan müstəqil siyasi alternativ olmaqdan çox, tədricən İran cəmiyyətini qorxutmaq üçün bir alətə çevrilib. İranlıların çoxu bu gün İslam Respublikası ilə monarxiyaya qayıdış arasında üçüncü bir seçenek axtarır.

Pəhləvi və ətrafındakılar həqiqəti təhrif edərək və İsrail hakimiyyətinin daxilindən minlərlə insanın sıralardan çıxmasını öz xeyirlərinə şərh etməklə İsraili özlərinə dəstək verməyə inandırdılar. Lakin onların bütün xülyasatının yalandan ibarət olduğu ortaya çıxdı və bu müddət ərzində onlar İslam Respublikasına xidmət etdilər.

Bu baxımdan Pəhləvi, İslam Respublikasının alternativi deyil, onun mövcudluğunu tamamlayan bir amilə çevrilib. İslam Respublikası cəmiyyəti gələcəkdən qorxutmağa ehtiyac duyduğu hər zaman monarxiya obrazını ön plana çıxarır, Pəhləvi cərəyanı da öz davranışları ilə bu obrazı gücləndirir.

Məhz buna görə demək olar ki, Pəhləvi əməldə İslam Respublikasının layihəsinə çevrilib — elə bir layihə ki, hökumətə özünü "keçmişin qayıdışı" qarşısında daha az xərclə başa gələn seçenek kimi təqdim etməyə imkan verir.

İslam Respublikası bu illərdə hər şeydən çox böhranın idarə edilməsində mahir olduğunu sübut edib. Bu hökumət bəlkə iqtisadi problemləri həll edə bilməz, bəlkə ictimai razılığı təmin edə bilməz, lakin təhdidləri mövcudluq fürsətinə çevirməkdə uzun bir təcrübəyə malikdir.

İsrail İslam Respublikasını devirdi? Xeyr.

İslam Respublikası İsraili məğlub etdi? Xeyr.

Lakin İslam Respublikası bu müharibədən öz siyasi ömrünü uzatmaq üçün istifadə edə bildimi? Cavab ehtimal ki, müsbətdir.

İran müxalifəti xarici müdaxilə gözləmək ilə monarxiyaya qayıdış xülyası arasında çaş-baş qaldığı müddətcə İslam Respublikası bu vəziyyətin ən böyük qalib tərəfi olmaqda davam edəcək.