Reuters-in məlumatına görə, Donald Tramp və Benyamin Netanyahunun İslam Respublikası ilə bağlı razılaşma və Livan müharibəsi məsələlərində açıq şəkildə ziddiyyətə düşməsi İsraildə ABŞ ilə strateji münasibətlərin gələcəyi ilə bağlı geniş narahatlıqlara səbəb olub.
ABŞ-ın İsraildəki səfiri Mayk Hakbi ölkədə «yüksək səviyyəli narahatlığın» mövcudluğunu etiraf edərək Vaşinqton ilə Tel-Əviv arasındakı münasibətlərin «sarsılmaz» olaraq qaldığını vurğulayıb. Bununla belə, bir çox İsrail rəsmisi və analitiki hesab edir ki, Tehranla bağlanan son razılaşma İslam Respublikasının mövqeyini gücləndirə və İsrailin Livan Hizbullahı qarşısında hərəkət azadlığını məhdudlaşdıra bilər.
Reuters həmçinin ABŞ ictimai rəyindəki tədricı dəyişikliyə diqqət çəkərək Reuters/Ipsos sorğusuna əsasən 18-49 yaş aralığındakı respublikaçıların 57 faizinin İsrailə mənfi münasibət bəslədiyini xəbər verib; bu rəqəm ötən illə müqayisədə artım göstərib.
Bu arada, Trampa yaxın bəzi siyasi və media simalarının İsrailə ABŞ-ın qeyd-şərtsiz dəstəyinin artıq zəmanətli olmayacağı bir gələcəyə hazırlaşmağı tövsiyə etdiyi, ölkənin isə bundan sonra hərbi gücünə və yeni ittifaqlara daha çox arxalanmağa məcbur olacağı bildirilir.