ArazNews
Ana Səhifə / Xəbər / İran XİN sözçüsü: ABŞ-la mesaj mübadiləsi etimadsızlıq şəraitində davam edir
Xəbər

İran XİN sözçüsü: ABŞ-la mesaj mübadiləsi etimadsızlıq şəraitində davam edir

 İran XİN sözçüsü: ABŞ-la mesaj mübadiləsi etimadsızlıq şəraitində davam edir


İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Tehran və Vaşinqton arasında mesaj mübadiləsi etimadsızlıq mühitində aparılıb və son 24 saatda baş verən hadisələr bu etimadsızlığı daha da dərinləşdirib.


ArazNews-un məlumatına görə, o vurğulayıb ki, heç kim İsrailin addımlarının ABŞ-la koordinasiya olmadan həyata keçirildiyinə inanmır. Onun sözlərinə görə, ABŞ Mərkəzi Komandanlığı həm hücum, həm də müdafiə sahəsində İsrailin yanında dayanır.


İran rəsmisi həmçinin bildirib ki, 8 aprel tarixli atəşkəsin pozulmasına görə məsuliyyət Vaşinqtonun üzərinə düşür və gərginliyin artmasının nəticələrinə görə ABŞ cavabdeh olacaq.


Onun sözlərinə görə, İran İslam Respublikası ölkənin təhlükəsizliyinin müdafiəsi üçün zəruri hesab etdiyi hər bir addımı atacaq.