ArazNews
Ana Səhifə / İran / Dörd ixtisaslaşdırılmış işçi qrupu yaradıldı; İranla ABŞ arasındakı texniki danışıqlar İsveçrədə başa çatdı
İran

Dörd ixtisaslaşdırılmış işçi qrupu yaradıldı; İranla ABŞ arasındakı texniki danışıqlar İsveçrədə başa çatdı

Dörd ixtisaslaşdırılmış işçi qrupu yaradıldı; İranla ABŞ arasındakı texniki danışıqlar İsveçrədə başa çatdı

İranın dövlət mediası bildirib ki, İranla ABŞ arasındakı texniki danışıqlar İsveçrədə sona çatıb və iki tərəf nüvə sahəsi ilə sanksiyalar üzrə ixtisaslaşdırılmış işçi qruplarının yaradılması barədə razılığa gəlib.

İranın xarici işlər nazirinin müavini Kazım Ğəribabadi açıqlayıb ki, tərəflərin qərarına əsasən «sanksiyaların aradan qaldırılması», «nüvə məsələləri», «iqtisadi bərpa və inkişaf» və «razılaşmanın nəzarəti və icrası» olmaqla dörd işçi qrupu yaradılacaq.