Ərdoğan Özbəkistan prezidenti ilə görüşdü; müdafiə və ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə edildi

1 saat əvvəl 1 dəq oxu Editorial Board
Ərdoğan Özbəkistan prezidenti ilə görüşdü; müdafiə və ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə edildi


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə toplantısı çərçivəsində Özbəkistan prezidenti Şövkət Mirziyoyev ilə görüşüb.


ArazNews-in məlumatına görə, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin açıqlamasında bildirilib ki, görüşdə Türkiyə-Özbəkistan ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunub. Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan da iştirak edib.


Ərdoğan bildirib ki, Ankara Özbəkistanla bütün sahələrdə, xüsusilə müdafiə sənayesi və ticarət istiqamətində əməkdaşlığı inkişaf etdirməyə davam edəcək. O, həmçinin Mirziyoyevi Türkiyədə keçiriləcək növbəti Türk Dövlətləri Təşkilatı zirvəsinə və COP31 toplantısına dəvət edib.