FBI İrana qaçdığı deyilən keçmiş amerikalı kəşfiyyatçı üçün 200 min dollar mükafat elan etdi

5 saat əvvəl 1 dəq oxu Editorial Board
FBI İrana qaçdığı deyilən keçmiş amerikalı kəşfiyyatçı üçün 200 min dollar mükafat elan etdi


ABŞ Federal Təhqiqat Bürosu keçmiş ABŞ Hərbi Hava Qüvvələri kəşfiyyat zabiti Monika Wittin saxlanılmasına səbəb olacaq məlumat üçün 200 min dollar mükafat veriləcəyini açıqlayıb.


Araz News-in CNN-ə istinadən verdiyi məlumata görə, FBI yaydığı bəyanatda Monika Wittin hələ də axtarıldığını bildirib. ABŞ rəsmilərinin iddiasına görə, o, 2019-cu ildə İrana qaçıb və İranın təhlükəsizlik qurumları ilə əməkdaşlığa başlayıb.


Məlumatlara görə, Witt SEPAH-a bağlı “Ofogh-e No” şirkətinin Tehranda təşkil etdiyi iki konfransda iştirak etdikdən sonra İran təhlükəsizlik strukturları tərəfindən cəlb olunub. ABŞ Ədliyyə Nazirliyi daha əvvəl onu İranın ABŞ Hərbi Hava Qüvvələri personalına qarşı kiber casusluq fəaliyyətinə yardım etməkdə ittiham etmişdi.


FBI bildirib ki, “İran tarixinin bu həssas mərhələsində” bəzi şəxslər Monika Wittin olduğu yer barədə məlumatlı ola bilər və bu məlumatların paylaşılmasını istəyib.