İranda edamlar davam edir: daha üç etirazçı edam olundu

8 gün əvvəl 1 dəq oxu Editorial Board
 İranda edamlar davam edir: daha üç etirazçı edam olundu


İranın rəsmi mediası etiraz aksiyaları zamanı saxlanılan üç nəfərin edam edildiyini bildirib.


ArazNews-un məlumatına görə, İran mediası Məşhəd şəhərində saxlanılan Mehdi Rəsuli, Məhəmmədrza Miri və İbrahim Dövlətabadinin edam olunduğunu yazıb. Sepaha yaxın “Təsnim” agentliyi onların etirazlar zamanı saxlanıldığını qeyd edib.


Məlumata əsasən, bu şəxslər “Mossadla əməkdaşlıq” və “etirazların idarə olunması” kimi ittihamlarla üzləşib. Həmçinin onlardan ikisi bir polis əməkdaşının öldürülməsində iştirakda günahlandırılıb.


Son həftələrdə, xüsusilə hərbi gərginlik və atəşkəsdən sonra, etirazçılara qarşı edamların artdığı barədə çoxsaylı xəbərlər yayılıb. Bu vəziyyət insan haqları təşkilatlarının ciddi narahatlığına səbəb olub.