İran hərbisi: ABŞ-la qarşıdurmanın yenidən başlaması ehtimalı var
İranın yüksək rütbəli hərbi rəsmisi gərginliyin davam etdiyini qeyd edərək silahlı qüvvələrin mümkün cavab üçün hazır olduğunu bildirib.
Xatəmül-Ənbiya Mərkəzi Qərargahının yoxlama üzrə müavini Məhəmməd Cəfər Əsədi İran və ABŞ arasında qarşıdurmanın yenidən başlaya biləcəyini deyib.
O, son hadisələrə toxunaraq bildirib ki, mövcud göstəricilər ABŞ-ın öhdəliklərinə sadiq qalmadığını göstərir və bəzi amerikalı rəsmilərin açıqlamaları daha çox “media xarakteri” daşıyır.
Əsədinin sözlərinə görə, Vaşinqton bu mövqeləri həm neft bazarını idarə etmək, həm də mövcud vəziyyətdən çıxış yolu tapmaq məqsədilə səsləndirir.
Bu hərbi rəsmı həmçinin vurğulayıb ki, İran silahlı qüvvələri istənilən mümkün ssenariyə hazırdır.
Bu açıqlamalar İran və ABŞ arasında atəşkəsin başlanmasından təxminən üç həftə keçməsinə baxmayaraq, Hörmüz boğazında hərəkətin hələ də ciddi məhdudiyyətlərlə üzləşdiyi bir vaxtda səsləndirilib.