Azərbaycan Federal-Demokratik Birliyi

1 saat əvvəl 1 dəq oxu Editorial Board
Azərbaycan Federal-Demokratik Birliyi


“Gücümüz birliyimizdədir”


“Azərbaycan Federal-Demokratik Birliyi”nın iki demokratik qüvvə tərəfindən formalaşdırılmasından bir neçə ay sonra azadlıqsevər qüvvələrin yaxınlaşma prosesi yeni mərhələyə daxil olmuşdur. Bu yolun davamı olaraq və eyni prinsiplər və ortaq razılaşmalar çərçivəsində “Azərbaycan Milli Dirəniş Təşkilatı” də bu birkiyə qoşulur.

Bu qoşulma demokratik qüvvələr arasında həmrəyliyin güclənməsinin təzahürü və azadlıq, bərabərlik, ədalət və öz müqəddəratını təyin etmə hüququ kimi ortaq dəyərlər ətrafında birliyə artan meylin açıq göstəricisidir. Bu birliyin genişlənməsi göstərir ki, müxtəlif qüvvələr parçalanmanı aradan qaldıraraq ortaq çərçivədə əməkdaşlıq və yaxınlaşmanın zəruriliyini qəbul etmişlər.


Azərbaycan Federal-Demokratik Birliyi artıq daha geniş tərkiblə demokratiyanın həyata keçirilməsi, ayrı-seçkiliyin aradan qaldırılması, Azərbaycanın federal və demokratik İran çərçivəsində öz dövlətinə sahib olmaq hüququna nail olması və davamlı inkişafın təmin edilməsi istiqamətində siyasi və vətəndaş əməkdaşlığının davam etdirilməsini vurğulayır və digər demokratiya tərəfdarı qüvvələrin də bu ortaq yola qoşulmasına hazır olduğunu bildirir.


Bu yolda biz Azərbaycan milli hərəkatına aid olan və bu platformada ən azı qismən öz məqsədlərini görən bütün təşkilatların əlini sıxırıq.


Gücümüz birliyimizdədir.


“Azərbaycan Federal-Demokratik Birliyi”


 • Azərbaycan Demokrat Partiyası

 • Azərbaycan Milli Dirəniş Təşkilatı

 • Azərbaycan Demokratiya və İnkişaf Ocağı


29/04/2026