İsrail müdafiə naziri: İranı “daş dövrünə qaytarmağa” hazırıq

1 saat əvvəl 1 dəq oxu Editorial Board
 İsrail müdafiə naziri: İranı “daş dövrünə qaytarmağa” hazırıq


İsrailin müdafiə nazırı bildirib ki,ölkəsi İranla birbaşa müharibəni bərpa etmək üçün “ən yüksək hazırlıq səviyyəsindədir” və genişmiqyaslı hücum üçün ABŞ-dan “yaşıl işıq” gözləyir.


ArazNews-un Channel 12-yə istinadən verdiyi məlumata görə,o, yüksək səviyyəli hərbi rəsmilərlə təhlükəsizlik iclasından sonra deyib ki, hədəflər əvvəlcədən müəyyən edilib və İranın infrastrukturunu və rəhbərliyini əhatə edir.


Katz sərt ifadələrlə iddia edib ki, “İran rejimi tarixinin ən zəif mərhələlərindən birini yaşayır” və rəhbərlik “sığınacaqlarda gizlənib və əlaqə qurmaqda çətinlik çəkir”. O əlavə edib ki, İsrail “ən həssas nöqtələrə dağıdıcı zərbələr” endirməyi planlaşdırır və bu hücumu “fərqli və ölümcül” kimi qiymətləndirib.


Onun sözlərinə görə,İsrailin hərbi planına enerji infrastrukturu,elektrik şəbəkəsi və iqtisadi əsasların hədəfə alınması daxildir və hətta “rəhbərliyin alternativ qatlarının aradan qaldırılması” məsələsi də gündəmdədir.