Tramp: Hörmüzdə mina qoyan İran qayıqlarını “vurub məhv edin”

1 saat əvvəl 1 dəq oxu Editorial Board
 Tramp: Hörmüzdə mina qoyan İran qayıqlarını “vurub məhv edin”


ABŞ prezidenti Donald Tramp bildirib ki, Hərbi Dəniz Qüvvələrinə Hörmüz boğazında mina yerləşdirən İran qayıqlarını “heç bir tərəddüd etmədən hədəfə alıb məhv etmək” göstərişi verib.


ArazNews-un Al Jazeera-ya istinadən verdiyi məlumata görə, o, həmçinin bu strateji su yolunda mina təmizləmə əməliyyatlarının genişləndirildiyini açıqlayıb.


Tramp əlavə edib ki, ABŞ Hörmüz boğazına “tam nəzarət” edir və bu həyati marşrutun “tamamilə bağlandığını” iddia edib. Eyni zamanda Pentaqon Hind okeanında İran nefti daşıyan bir tankerin saxlanıldığını və İranla əlaqəli gəmilərin izlənməsinin davam etdiyini bildirib.