Sepahın Hərbi Dəniz Qüvvələri “dənizçilik qaydalarının pozulması” ittihamı ilə iki gəmini saxlayaraq İran sularına apardığını açıqladı.
Araz News-un Sepah-a yaxın Fars xəbər agentliyinə istinadən verdiyi məlumata görə, iki gəmi Hörmüz boğazında saxlanılıb və İran sahillərinə yönləndirilib.
Bəyanatda bu gəmilərin “Françeska” və “Epaminondos” olduğu bildirilib və iddia olunub ki, onlar “təkrar pozuntular” törədərək naviqasiya sistemlərinə müdaxilə edib, dəniz təhlükəsizliyini riskə atıb və boğazdan gizli çıxmağa çalışıblar.
Sepah açıqlayıb ki, gəmilər yük və sənədlərin yoxlanılması üçün İranın ərazi sularına aparılıb.
Eyni zamanda, bəzi yarırəsmi İran KİV-ləri həmin gün Sepah qüvvələrinin Hörmüz boğazında başqa bir gəmiyə də hücum etdiyini yazıb; lakin bu barədə əlavə detallar açıqlanmayıb.