Sepah-a yaxın media: İran zərurət yaranarsa blokadanı güc yolu ilə qıracaq

4 saat əvvəl 1 dəq oxu Editorial Board
 Sepah-a yaxın media:  İran zərurət yaranarsa blokadanı güc yolu ilə qıracaq


Sepah-a yaxın Tasnim agentliyi ABŞ-ın dəniz blokadasını davam etdirməsi halında İranın Hörmüz boğazını açmayacağını bildirib.


ArazNews-un məlumatına görə, Tasnim-in yaydığı hesabatda qeyd olunub ki, ABŞ tərəfindən tətbiq edilən blokadanın davamı qarşıdurma vəziyyətinin də davam etməsi deməkdir və bu şəraitdə İran ən azı boğazın açılmasından imtina edəcək.


Hesabatda həmçinin vurğulanıb ki, zərurət yaranarsa, İran bu blokadanı qırmaq üçün gücdən istifadə edə bilər.


Tasnim iddia edib ki, ABŞ İranın iqtisadi və siyasi sabitliyini pozmaq üçün “müharibə kölgəsini” qorumağa çalışır və mövcud vəziyyəti qısa müddətli qarşıdurmadan sonrakı mərhələ ilə müqayisə edib.


Media orqanı əlavə edib ki, hazırkı vəziyyətin əsas fərqlərindən biri İranın Hörmüz boğazı üzərində nəzarəti kimi təqdim olunur və gərginliyin davam edəcəyi halda bu strateji su yolunun tam bağlı qalması ehtimalı var.