Sepah Oman sahilləri yaxınlığında konteyner gəmisinə atəş açıb
Britaniya Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) Oman yaxınlığında bir konteyner gəmisinin atəşə tutulduğunu açıqlayıb.
ArazNews-un məlumatına görə, Wall Street Journal-a istinadən, hadisə Oman sahillərindən təxminən 15 dəniz mili şimal-şərqdə baş verib.
Məlumata əsasən, gəminin kapitanı bildirib ki,Sepah-a aid olduğu iddia edilən sürətli kater radio xəbərdarlığı etmədən gəmiyə yaxınlaşıb və atəş açıb. Nəticədə gəminin idarəetmə körpüsünə ziyan dəyib.
Hadisə zamanı yanğın və ya ekoloji çirklənmə baş verməyib və bütün heyətin sağlam olduğu bildirilib.
UKMTO bölgədən keçən gəmilərə hər hansı şübhəli fəaliyyəti dərhal bildirməyi tövsiyə edib.
Bu hadisə Fars körfəzi və Hörmüz boğazı ətrafında gərginliyin artdığı və ABŞ-ın İran limanlarına tətbiq etdiyi blokadanın davam etdiyi bir dövrdə baş verib.