İranla razılaşmanın Livanla heç bir əlaqəsi yoxdur

1 saat əvvəl 1 dəq oxu Editorial Board
İranla razılaşmanın Livanla heç bir əlaqəsi yoxdur


Tramp bir daha vurğulayıb ki,Hörmüz boğazının açılması ilə bağlı İranla əldə olunacaq razılaşmanın Livan məsələsi ilə heç bir əlaqəsi yoxdur.


Tramp bu mövqeni əvvəlcə İranın zənginləşdirilmiş uranı ilə bağlı paylaşımında qeyd edib və yarım saat sonra Truth Social-da ayrıca paylaşımda yazıb: “Bir daha vurğulayıram! Bu razılaşmanın Livanla heç bir əlaqəsi yoxdur,amma biz Livanı yenidən gücləndirəcəyik!”


O daha əvvəl də bildirib ki, İranla razılaşma “heç bir şəkildə Livanla bağlı deyil”, lakin ABŞ Livanla ayrıca işləyəcək və Hizbullah məsələsini “uyğun şəkildə” idarə edəcək.


İsrail və ABŞ ilə İran arasında iki həftəlik atəşkəs fonunda,Trampın Livan prezidenti və İsrail baş naziri ilə telefon danışığından sonra bu iki ölkə arasında da 10 günlük atəşkəs elan olunub.


Livan parlamentində Hizbullahı təmsil edən İbrahim Musəvi AFP-yə bildirib ki,İsrail hücumları dayandıracağı təqdirdə,bu qrup ABŞ prezidentinin elan etdiyi atəşkəsə hörmət edəcək.