İran atəşkəsin uzadılması və zənginləşdirmənin dayandırılması ilə razılaşmayıb

1 saat əvvəl 1 dəq oxu Editorial Board
İran atəşkəsin uzadılması və zənginləşdirmənin dayandırılması ilə razılaşmayıb


İran Xarici İşlər Nazirliyinin sözçüsü çərşənbə günü Tehranın ABŞ-la atəşkəsin uzadılmasına razılaşdığı barədə iddiaları təkzib edib və bildirib ki, bu mövzuda yayılan məlumatların heç biri təsdiqlənmir.


ArazNews-un məlumatına görə, o həmçinin xəbərdarlıq edib ki, İranın dəniz mühasirəsi “atəşkəsin pozulmasının başlanğıcı” ola bilər. Bu mühasirə ABŞ prezidenti Donald Trampın göstərişi ilə 13 aprel etibarən başlayıb.


Bəqai jurnalistlərə açıqlamasında əlavə edib ki, Pakistan vasitəsilə məsləhətləşmələr davam edir və elə həmin gün İran “böyük ehtimalla” Pakistan nümayəndə heyətini qəbul edəcək.


Bu açıqlama Reuters və AFP agentliklərinin də eyni vaxtda yüksək rütbəli amerikalı rəsmiyə istinadən Vaşinqtonun İranla atəşkəsin uzadılmasına rəsmi razılıq vermədiyini bildirməsi fonunda səsləndirilib.


Adı açıqlanmayan ABŞ rəsmisi deyib: “ABŞ və İran arasında razılaşmaya nail olmaq üçün qarşılıqlı təmaslar davam edir.”