Tramp: Si Cinpindən İrana silah verməməyi istəmişəm
3 saat əvvəl
•
1 dəq oxu
•
Editorial Board
ABŞ prezidenti Çin lideri ilə məktub mübadiləsi apardığını bildirib.
ArazNews-un məlumatına görə, ABŞ prezidenti Donald Tramp Fox Business kanalına müsahibəsində Çin prezidenti Si Cinpinqə göndərdiyi məktubda ondan İrana silah verməməsini istədiyini açıqlayıb.
Tramp bildirib ki, Çin prezidenti cavabında ölkəsinin İrana silah təmin etmədiyini vurğulayıb. O, bu yazışmanın vaxtı ilə bağlı detalları açıqlamayıb.
ABŞ prezidenti həmçinin ötən həftə İrana silah verən ölkələri 50 faizlik rüsumlarla hədələdiyini xatırladıb.
Tramp əlavə edib ki, qlobal neft bazarındakı dəyişikliklərin və ya İranla bağlı vəziyyətin onun Si Cinpinq ilə planlaşdırılan görüşünə təsir edəcəyini gözləmir və deyib: “Onun neftə ehtiyacı var, bizim yox.”