Bəqai: 24 saatlıq görüşdə razılaşma gözləmək real deyildi
4 saat əvvəl
•
1 dəq oxu
•
Editorial Board
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, ABŞ ilə Pakistanın vasitəçiliyi ilə İslamabadda keçirilən son danışıqlarda 24 saat ərzində razılaşma əldə olunacağını gözləmək real deyildi.
ArazNews-un məlumatına görə, Bəqai qeyd edib ki, Hörmüz boğazı və digər regional məsələlər kimi mürəkkəb mövzular danışıqlara əlavə olunduğundan, qısa müddətdə nəticə əldə etmək mümkün olmayıb.
O vurğulayıb ki, mövcud fikir ayrılıqları daha çox müzakirə və uzun zaman tələb edir və onların qısa müddətdə həllini gözləmək düzgün deyil.
İran XİN sözçüsü əlavə edib ki, Pakistan və digər regional ölkələrlə məsləhətləşmələr diplomatik proses çərçivəsində davam edəcək.