İran Hörmüz boğazının bağlı qalmasında israrlıdır

4 saat əvvəl 1 dəq oxu Editorial Board
İran Hörmüz boğazının bağlı qalmasında israrlıdır


İranın təhlükəsizlik qurumlarına yaxın media orqanlarında yayımlanan məlumatlar göstərir ki, Tehran ABŞ-dan “məqbul təklif” alana qədər Hörmüz boğazında gəmilərin hərəkətinə mane olmağa davam etmək niyyətindədir.


ArazNews-un məlumatına görə, “Fars” agentliyi anonim mənbəyə istinadən yazıb ki, İran tələsmir və ABŞ-la “məntiqi razılaşma” əldə olunmayana qədər boğazdakı vəziyyət dəyişməyəcək.


İran həmçinin ABŞ ilə yeni nüvə danışıqlarının planlaşdırılmadığını açıqlayıb. Ali Milli Təhlükəsizlik Şurasına bağlı “Nour” agentliyi bildirib ki, növbəti danışıqların vaxtı və yeri ilə bağlı hələ heç bir qərar verilməyib.


Hörmüz boğazı və İranın nüvə proqramı Tehranla Vaşinqton arasında əsas fikir ayrılığı mövzuları olaraq qalır və görünür, Pakistan danışıqları da məhz bu məsələlər üzərində nəticəsiz başa çatıb.