Pezeşkian: İsrailin Livana hücumları danışıqları mənasız edir

5 saat əvvəl 1 dəq oxu Editorial Board
 Pezeşkian: İsrailin Livana hücumları danışıqları mənasız edir


İran prezidenti bildirib ki, İsrailin Livana hücumlarının davam etməsi danışıqlar prosesini ciddi şəkildə pozur.


Araz News-un məlumatına görə, Məsud Pezeşkian X sosial şəbəkəsində paylaşımında qeyd edib ki, İsrailin son hücumları atəşkəsin pozulması sayılır və bu vəziyyət danışıqları mənasız edə bilər.


O vurğulayıb ki, İran Livana dəstəyini davam etdirəcək və bu məsələ güzəşt mövzusu deyil.


Bu açıqlama İsrailin Livana hücumlarının davam etdiyi və məlumatlara görə yüzlərlə insanın həyatını itirdiyi bir vaxtda səsləndirilib.