Sepah icazəsiz gəmiləri məhv etməklə hədələdi, Hörmüzdən keçid şərtləndirildi

2 saat əvvəl 1 dəq oxu Editorial Board
Sepah icazəsiz gəmiləri məhv etməklə hədələdi, Hörmüzdən keçid şərtləndirildi


Bir neçə gəmiçilik mənbəsi bildirir ki, Sepah İranın icazəsi olmadan Hörmüz boğazından keçməyə çalışan hər hansı gəminin hədəf alınacağını açıqlayıb.


Araz News-un məlumatına görə, Reuters-ə istinadən İran bu su yolundan keçidin yalnız rəsmi icazə ilə mümkün olduğunu bildirib.


Yayılan mesajda qeyd olunur: “Hər hansı gəmi boğaza daxil olmağa cəhd etsə… hədəf alınacaq və məhv ediləcək…”


Buna baxmayaraq, AFP MarineTraffic məlumatlarına əsasən xəbər verir ki, Hörmüz boğazında dəniz hərəkəti yenidən artmaqdadır.


İranın xarici işlər naziri Abbas Əraqçi daha əvvəl bildirib ki, gəmilərin hərəkəti İran silahlı qüvvələri ilə koordinasiya əsasında və “texniki məhdudiyyətlər nəzərə alınaraq” davam edə bilər.


O əlavə edib ki, gəmilər yalnız rəsmi icazə aldıqdan sonra İranın iki adası arasından keçərək ərazi sularına daxil ola bilər.