Ərdoğan atəşkəsi alqışladı

3 saat əvvəl 1 dəq oxu Editorial Board
 Ərdoğan atəşkəsi alqışladı


Türkiyə prezidenti elan olunan atəşkəsi müsbət qiymətləndirərək onun tam şəkildə icra olunmasının vacibliyini vurğuladı.


Araz News-un məlumatına görə, Anadolu Agentliyinə istinadən Rəcəb Tayyib Ərdoğan bildirib ki, 7 aprel başlayan müharibədə elan edilən atəşkəsi alqışlayır və ümid edir ki, bu razılaşma gərginlik və ya təxribat olmadan tam şəkildə həyata keçiriləcək.


O, həmçinin bu atəşkəsin əldə olunmasında rol oynayan bütün tərəflərə, xüsusilə Pakistana təşəkkür edib.


Ərdoğan əlavə edib ki, bölgə ölkələri uzunmüddətli müharibə və gərginliklərdən zərər görüb və sülh ilə sabitliyin təmin olunması zəruridir. Türkiyənin bu istiqamətdə səylərini davam etdirəcəyi bildirilib.