İsrail Hərbi Hava Qüvvələri komandiri: İranın nüvə məsələsi həll olunmadan razılaşma böyük məğlubiyyətdir

41 dəqiqə əvvəl 1 dəq oxu Editorial Board
 İsrail Hərbi Hava Qüvvələri komandiri: İranın nüvə məsələsi həll olunmadan razılaşma böyük məğlubiyyətdir


İsrail Hərbi Hava Qüvvələrinin komandiri general Tomer Bar 39 illik hərbi xidmətdən sonra gələn həftə təqaüdə çıxacaq və son açıqlamasında İranla bağlı razılaşma barədə xəbərdarlıq edib.

ArazNews-un Ynet-ə istinadən verdiyi məlumata görə, Bar hərbi jurnalistlərlə son görüşündə bildirib ki, İranın uran zənginləşdirmə proqramı və nüvə məsələsi həll olunmadan əldə ediləcək hər hansı razılaşma böyük uğursuzluq olacaq.


İclasda çıxış edən yüksək rütbəli İsrail hərbi rəsmisi qeyd edib ki, bu gün İsrail qırıcılarının maneəsiz şəkildə İraq və İrana çata bilməsi şəklində mövcud olan tam hərəkət azadlığı daimi olmayacaq. O, həmçinin xəbərdarlıq edib ki, Suriya ordusunu yenidən qurur və bu ölkənin hava hücumundan müdafiə sistemləri bərpa olunur.


Bar 7 oktyabr hadisələrini acı dərs kimi dəyərləndirərək bildirib ki, həmin dövrdə İsrail HƏMAS-a qarşı çəkindiriciliyə güvənirdi, halbuki qarşı tərəf özünü gücləndirirdi. O əlavə edib ki, İranla davam edən müharibə zamanı İsrail Hərbi Hava Qüvvələri quru qoşunlarına dəstək məqsədilə 23 mindən çox sürətli hücum həyata keçirib.