Fidan və Əraqçi atəşkəs və sülh prosesi barədə danışdı

3 saat əvvəl 1 dəq oxu Editorial Board
Fidan və Əraqçi atəşkəs və sülh prosesi barədə danışdı


Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığında atəşkəs və son hadisələri müzakirə edib.


Araz News-un məlumatına görə, TRT-yə istinadən bildirilib ki, tərəflər İran və ABŞ arasında əldə olunan atəşkəs və bölgədəki son vəziyyət barədə fikir mübadiləsi aparıblar.


Məlumata əsasən, Fidan müvəqqəti atəşkəsi müsbət qiymətləndirərək davamlı sülhə nail olmaq üçün səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.


Bu arada, Donald Tramp ABŞ-ın tənqə Hürmüzün açılması şərti ilə iki həftəlik atəşkəsə razılaşdığını və İranın 10 maddəlik təklifini danışıqlar üçün əsas hesab etdiyini açıqlamışdı.


Eyni zamanda, İranın Ali Milli Təhlükəsizlik Şurası yekun danışıqların İslamabadda və maksimum 15 gün ərzində başa çatdırılmasının planlaşdırıldığını bildirib.


Bununla yanaşı, Türkiyə, Pakistan və Misir kimi ölkələrin gərginliyin azaldılması və danışıqların irəliləməsi üçün vasitəçilik etdiyi qeyd olunur.