Təbriz–Tehran quru əlaqəsi strateji körpülərin bombalanmasından sonra kəsildi

1 saat əvvəl 1 dəq oxu Editorial Board
 Təbriz–Tehran quru əlaqəsi strateji körpülərin bombalanmasından sonra kəsildi


İsrail ordusunun açıqlamalarına əsasən, bu gün İranda səkkiz strateji körpü və nəqliyyat nöqtəsi hava hücumlarının hədəfi olub. Bu hədəflərdən dördünün Azərbaycan və Təbriz istiqamətinə gedən marşrut üzərində yerləşməsi diqqət çəkib.


İlkin məlumatlara görə, hücumlardan sonra Təbrizin Tehranla quru əlaqəsi əsas marşrutlar üzrə ciddi şəkildə pozulub və bəzi istiqamətlərdə faktiki olaraq kəsilib. Bildirilir ki, Zəncan–Təbriz yolunda yerləşən körpülərdən biri də hədəf alınan əsas nöqtələrdəndir.


Bu dörd nöqtənin hədəf seçilməsi və nəticədə Təbriz istiqamətində quru əlaqənin kəsilməsi ekspertlər və müşahidəçilər arasında müxtəlif suallar doğurub.