Əsəluye enerji infrastrukturuna hücum: Mobin və Damavand hədəf alındı
Qeyri-rəsmi mənbələrin İranın danışıqları rədd etdiyini bildirməsindən sonra ABŞ və İsrailin bu ölkənin bəzi enerji infrastrukturuna hücumlara başladığı ilə bağlı iddialar yayılıb.
Məlumatlara görə, Əsəluye bölgəsində iki mühüm petrokimya kompleksi – “Mobin Enerji” və “Damavand Enerji” hücumun hədəfi olub. Məlumatlı mənbə bildirib ki, bu iki şirkət petrokimya müəssisələrinin elektrik, su və oksigen təminatını həyata keçirirdi və hücum nəticəsində zərər görüb.
Həmin mənbənin sözlərinə görə, bu obyektlərin sıradan çıxması ilə Əsəluye petrokimya komplekslərinin əhəmiyyətli hissəsinin enerji təminatı pozulub və bərpa olunana qədər fəaliyyətin dayandırılması ehtimalı var. Eyni zamanda, “Pars Petrokimya”nın bu hücumlardan zərər görmədiyi və təhlükəsiz vəziyyətdə olduğu bildirilir.
Qeyd olunur ki, bu iki kompleks Mahşəhrdə yerləşən “Fəcr Enerji”yə bənzər funksiyanı yerinə yetirir və onların fəaliyyətinin dayanması bölgədə istehsal üçün genişmiqyaslı nəticələr doğura bilər.