OPEC+: enerji infrastrukturuna hücumlar qlobal təchizatı təhdid edir
2 saat əvvəl
•
1 dəq oxu
•
Editorial Board
OPEC+ monitorinq komitəsi enerji obyektlərinə edilən hücumların qlobal bazara təsiri ilə bağlı xəbərdarlıq edib və may ayında hasilat kvotalarının artırıla biləcəyini açıqlayıb.
Araz News-un məlumatına görə, Wall Street Journal-a istinadən bildirilib ki, bu qurum enerji infrastrukturuna hücumların və dəniz marşrutlarında yaranan pozuntuların təchizat təhlükəsizliyini zəiflədə və bazarda dalğalanmaları artıra biləcəyini qeyd edib.
Hesabatda həmçinin vurğulanır ki, zərər görmüş obyektlərin bərpası yüksək maliyyətli və vaxt aparan proses olacaq və bu da enerji bazarının sabitliyinə təsir göstərə bilər.