İran XİN sözçüsü: ABŞ-ın 15 maddəlik planı “həddindən artıq iddialı və qeyri-məntiqlidir”
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bildirib ki, Tehran müharibəni bitirmək üçün irəli sürülən son təkliflər fonunda öz tələblərini yekunlaşdırıb, lakin onları yalnız uyğun zamanda açıqlayacaq.
O, ABŞ-ın 15 maddəlik planı ilə bağlı deyib: “Belə təkliflər həm çox iddialı, həm qeyri-adi, həm də qeyri-məntiqlidir.” Bəqayi əlavə edib ki, “danışıqlar ultimatumla, cinayətlə və ya müharibə cinayəti hədələri ilə uyğun gəlmir.”
O davam edərək bildirib: “Biz cavablarımızı hazırlamışıq və lazım olduqda onların necə açıqlanacağı barədə açıq məlumat verəcəyik.”
XİN sözçüsü vasitəçilər üzərindən aparılan danışıqların zəiflik əlaməti olması fikrini də rədd edərək deyib ki, bu mövqelər əvvəldən vasitəçilər vasitəsilə çatdırılıb və bu prosesin davam etməsi təbiidir.