İsrail parlamenti Qərbi Şəriyyədəki fələstinlilər üçün edam cəzasını təsdiqlədi
İsrail parlamenti 62 lehinə, 48 əleyhinə səslə yeni mübahisəli qanunu qəbul edib. Qanuna əsasən, Qərbi Şəriyyədə yaşayan və “terror fəaliyyəti” ilə ittiham olunan fələstinlilər edam cəzası ilə üzləşə biləcək.
ArazNews-un İsrail mediasına istinadən verdiyi məlumata görə, təxminən 12 saatlıq müzakirələrdən sonra qəbul edilən qanun hərbi məhkəmələrdə əsas cəza növü kimi dar ağacından asılmanı müəyyən edir. Eyni zamanda, hakimlər yalnız xüsusi hallarda ömürlük həbs qərarı verə biləcək və edam hökmü üçün hakimlərin tam yekdilliyi tələb olunmayacaq.
Qeyd olunur ki, bu qanun İsrail vətəndaşlarına şamil edilmir və yalnız fələstinlilərə tətbiq olunur. Çünki onlar hərbi məhkəmələrdə mühakimə edilir, İsrail vətəndaşları isə mülki məhkəmələrdə mühakimə olunur.
Həmçinin bu qərarlara qarşı apellyasiya hüququnun da ləğv edildiyi bildirilir.