İran rejimi NPT-dən çıxma ehtimalını müzakirə edir

4 saat əvvəl 1 dəq oxu
 İran rejimi NPT-dən çıxma ehtimalını müzakirə edir


İranın Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, ölkə parlamenti Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxma ehtimalını nəzərdən keçirir.


ArazNews-un Reuters-ə istinadən verdiyi məlumata görə, İsmayıl Bəqayi eyni zamanda vurğulayıb ki, Tehran “nə nüvə silahı əldə etməyə çalışıb, nə də çalışacaq”. Bu açıqlamalar ABŞ və İsrailin İranın nüvə obyektlərinə hücumlarından sonra səsləndirilib və bəzi parlament üzvləri də bu müqavilədən çıxma məsələsini gündəmə gətiriblər.


Bəqayi mövcud vəziyyəti tənqid edərək deyib: “Haqqımızdan istifadə etməyə imkan verilməyən, üstəlik nüvə obyektlərimizə hücum edilən bir müqavilədə qalmağın nə mənası var?” Bununla belə, o qeyd edib ki, İran bu müqavilənin üzvü qaldığı müddətdə öhdəliklərinə əməl edəcək.


Eyni zamanda, Beynəlxalq Atom Enerjisi Agentliyinin son illərdə yayımladığı hesabatlar İranın əməkdaşlıq səviyyəsinin azaldığını və bəzi nüvə obyektlərinə girişin məhdudlaşdırıldığını göstərir