New York Times xəbər verir ki, Yaxın Şərqdə yerləşən ABŞ hərbçilərinin sayı artıq 50 mindən çoxdur. Bu göstərici regiondakı adi hərbi mövcudluq səviyyəsindən təxminən 10 min nəfər çoxdur.
ArazNews-un məlumatına görə, 2500 dəniz piyadası və 2500 dənizçinin əlavə olunması bu artımı formalaşdırıb.
Bildirilir ki, bu qüvvələrin bir hissəsi əvvəldən bölgədə olsa da, yeni yerləşdirmə ABŞ-ın daha geniş hərbi müdaxiləyə hazırlaşdığı və İran əleyhinə mümkün quru əməliyyatı ehtimalını gücləndirdiyi kimi qiymətləndirilir.