Tehranın bombalanması davam edir; paytaxtın bir neçə nöqtəsi hədəf alındı
4 saat əvvəl
•
1 dəq oxu
ArazNews xəbər verir ki, Tehranın bombalanması bu gün səhər tezdən davam edib və saat 07:15–07:30 aralığında paytaxtın müxtəlif bölgələrində bir neçə partlayış səsi eşidilib.
Məlumata görə, Zəfəraniyə, Vələncək, Tehranın şərq və şimal-şərq hissələri, Həkimiyə, Babayi ətrafı, Yas-e Fatemi parkı və şəhərin cənub-şərqi hədəf alınan ərazilər arasında olub.
Yerli məlumatlarda bir neçə nöqtədə şüşələrin güclü şəkildə titrədiyi və tüstünün qalxdığı bildirilir. Dəmavəndin Absərd bölgəsində də ən azı iki partlayış səsi eşidilib.