Sepah yenidən region ölkələrini təhdid etdi; ABŞ bazalarından uzaqlaşma çağırışı
2 saat əvvəl
•
1 dəq oxu
Sepah bölgə ölkələrinə yönəlik yeni təhdid bəyanatı yayımlayaraq, insanları ABŞ qüvvələrinin yerləşdiyi əraziləri dərhal tərk etməyə çağırıb.
ArazNews-un Mehr agentliyinə istinadən verdiyi məlumata görə, Sepahın yaydığı bəyanatda region ölkələrinin vətəndaşlarından ABŞ hərbi mövqelərinin yerləşdiyi yerlərdən uzaq durmaları istənilib və bu məntəqələrin hədəf alınacağı bildirilib.
Bəyanatda ABŞ və İsrail mülki obyektlərdən “insan qalxanı” kimi istifadə etməkdə ittiham olunub. Sepah həmçinin bildirib ki, ABŞ və İsrail qüvvələrini harada taparsa, hədəf alacaq.
Bu təhdid “Vəd-ye Sadiq 4” əməliyyatının 48-ci bəyanatı çərçivəsində yayılıb.