Araz News radiosunun peyk yayımı başladı; Eutelsat üzərindən yayımlanır
Araz News radiosu auditoriyasını genişləndirmək istiqamətində yeni addım ataraq peyk yayımına başladığını elan edib.
ArazNews-un məlumatına görə, redaksiya heyəti proqramların “Eutelsat 7B” peyki üzərindən yayımı üçün texniki infrastrukturun hazır olduğunu və son tənzimləmələrin davam etdiyini bildirib. Yaxın zamanda İran, region və digər ölkələrdə yaşayan dinləyicilər proqramları birbaşa peyk vasitəsilə izləyə biləcəklər.
Yayımın texniki göstəriciləri belədir: 11304 MHz tezlik, Horizontal (üfüqi) polarizasiya və 29700 symbol rate.
Araz News bildirib ki, bu addımın məqsədi xəbər, analiz və mədəni məzmunlara sərbəst çıxışı genişləndirməkdir və yeni platforma ilə daha geniş auditoriyaya çatmaq planlaşdırılır. Rəsmi yayımın dəqiq başlanma vaxtı isə yaxın günlərdə açıqlanacaq.