Reuters: ABŞ İran raketlərinin yalnız üçdə birinin məhv edildiyini təsdiqlədi
3 saat əvvəl
•
1 dəq oxu
Reuters ABŞ rəsmilərinə istinadən xəbər verir ki, davam edən müharibədə İranın raketlərinin yalnız təxminən üçdə birinin məhv edildiyi təsdiqlənib.
ArazNews-un Reuters-ə istinadən verdiyi məlumata görə, digər üçdə bir hissənin ya zədələndiyi, ya da yeraltı obyektlərdə gizlədildiyi ehtimal olunur, lakin bu qiymətləndirmə hələ tam təsdiqlənməyib.
Hesabatda qeyd olunur ki, ABŞ və İsrailin intensiv hücumlarına baxmayaraq, İran rejimi hələ də əhəmiyyətli raket arsenalına malikdir və hücumlarını davam etdirir.
Məlumata görə, Tehran raketlərinin bir hissəsini gələcək mərhələlər üçün ehtiyatda saxlamış ola bilər. Bu qiymətləndirmə Donald Trampın İranın “çox az raketi qaldığı” ilə bağlı açıqlaması ilə ziddiyyət təşkil edir.